ADU-da

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsinin nəzdində ingilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev tələbələrin gözü ilə” mövzusunda növbəti dəyirmi masa keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kafedra müdiri professor Fərman Zeynalov tədbirin əhəmiyyətindən danışıb, Heydər Əliyevin siyasi və iqtisadi islahatlarından bəhs edilib. Onun təhsilə, müəllimlərin fəaliyyətinə verdiyi diqqətdən danışılıb. 

Kafedranın baş müəllimi Gülnarə Səfərova ulu öndər Heydər Əliyevin dövlətimiz üçün gördüyü əvəzsiz işlərdən bəhs edib, onun təhsil almaq üçün çox sayda tələbəni xaricə göndərdiyini qürur hissi ilə diqqətə çatdırıb. 

Rektorun müşaviri dosent Anar Osmanlı bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə Respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqları, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişlər. Ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.

Tədbirdə Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının canlı şahidi olduğunu deyib, Heydər Əliyevin gənclərə olan öyüd-nəsihətləri ilə bağlı öz fikirlərini bölüşüb. 

O, tədbirin ərsəyə gəlməsində kafedranın baş müəllimləri Gülnarə Səfərovaya, Mehriban İbadullayevaya, Təranə Cabbarlıya, Səbinə Tahirovaya təşəkkür edib.  


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo