ADU-nun rəhbərliyi birinci kurs tələbələri və onların valideynləri ilə görüşüb
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi - Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova, Tədris işləri üzrə prorektor professor Sevinc Zeynalova, Elmi işlər üzrə prorektor professor Novruz Məmmədov və Ümumi işlər üzrə prorektor, dosent Vüqar Mehrabov yeni tədris ilinin başlanması münasibəti ilə universitetə qəbul olunmuş birinci kurs tələbələri və onların valideyləri ilə görüşüblər.

Tələbə və valideyləri təbrik edən universitet rəhbərliyi onlara ADU-nun rektoru, akademik Kamal Abdullanın salamlarını çatdırıb, dərslərində uğurlar arzu ediblər.

Qeyd olunub ki, 2023-2024-cü tədris ilində ADU-ya qəbul faizi yüksək olub, 600-dən çox bal toplayan tələbələr bu təhsil ocağının müxtəlif ixtisaslarını seçiblər.

ADU tələbələrin dünyagörüşünün genişlənməsi, ixtisasları ilə bağlı biliklərin artırılması və bir vətəndaş olaraq formalaşması istiqamətində lazımi imkanların geniş olduğu bir təhsil ocağıdır. Azərbaycan Dillər Universitetində bir-birindən maraqlı layihələr, yaradıcı klublar, mərkəzlər fəaliyyət göstərir.

Tələbə və valideylər universitet rəhbərliyinə təşəkkür edib, ADU ilə bağlı müsbət təəssüratlarını bölüşüblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo