ADU-nun Rusiyaşünaslıq mərkəzinin rəhbəri Samara vilayətində işgüzar səfərdə olub
Azərbaycan Dillər Universitetinin (ADU) Rusiyaşünaslıq mərkəzinin müdiri Diana Hüseynzadə sentyabr ayında universitetin rektoru Kamal Abdullanın təşəbbüsü ilə Samara şəhərində keçirilən “Samara elminin vektoru və Samara vilayəti universitetlərin rektorları Şurasının 50 illik yubileyi” Ümumrusiya forumunda iştirak edib.

            Forumun açılışında Samara vilayətinin qubernatoru D.İ.Azarov, PFO universitetlərinin rektorlar Şurasının sədri R.Q. Stronqin, Samara Vilayəti Rektorlar Şurasının Sədri, Vilayət Dumasının sədri, RFEA akademiki G.P. Kotelnikov və başqa natiqlər çıxış ediblər.

            Forum çərçivəsində Samara vilayət dumasının sədr və müavinləri ilə keçirilən bir sıra görüşlərdə Hüseynzadə Diana Nikolayevna Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın adından iştirakçıları salamlayaraq çıxış edib.

            Səfər zamanı həmçinin Samara Dövlət Texniki Universitetinə səfər olub, burada gələcək layihələr haqqında birgə fikir mübadiləsi aparılıb.

            Daha sonra Diana Hüseynzadə Moskva Dövlət Pedaqoji Universitetinin Samara filialında olub, Azərbaycan Dillər Universiteti və ADU-nun nəzdində fəaliyyət göstərən Rusiyaşünaslıq Mərkəzinin fəaliyyəti haqqında hesabat verib, forumda iştirak edən universitetlərin – Azərbaycan Dillər Universiteti və İndoneziyanın Kadiri Universiteti, İndoneziyanın Pankasakti Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanması və mübadiləsində də iştirak edib.

O, həmçinin “Samara Elm Vektoru” Forumunun saytına baş çəkib və E. Həşimov və V. Kopılovun moderatorluq etdiyi  “Beynəlxalq əməkdaşlığın üfüqləri” adlı dəyirmi masada  Azərbaycan Dillər Universitetinin tarixi haqqında hazırladığı prezentasiya ilə çıxış edərək, rəhbərlik etdiyi Rusiyaşünaslıq mərkəzinin fəaliyyəti haqqında da məlumat verib. Sonda forumun və Samara Vilayəti Universitetləri Rektorlar Şurasının rəsmi bağlanış mərasimi olub, burada Diana Hüseynzadə Azərbaycan Dillər Universitetinin rektoru, akademik K. Abdullanın adından təbrik nitqi söyləyib. 
            Daha sonra mədəni proqram çərçivəsində, Samara ətrafında ekskursiyada iştirak edib və D. D. Şostakoviç adına Samara Akademik Opera və Balet Teatrını ziyarət edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo