Azərbaycan Dillər Universitetində ADU TGT-nin idarə heyətinin yeni tədris ili ilə bağlı iclası keçirilib.
İclasda təşkilatın sədri Nicat Əliyev yeni tədris ilinin başlaması münasibəti ilə bütün idarə heyətini təbrik edib.
Sonra isə fakültələrin və klubların fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb, yeni tədris ili ərzində keçirilə biləcək tədbirlər müzakirə olunub.
İdarə heyətinə yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzu edilib.