ADU-da 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 6-da Azərbaycan  Dillər Universitetində 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivini Azərbaycan xalqının tarixi qələbəsinin üçüncü ildönümü münasibətilə təbrik edib. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib:

“Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı.

Biz qalib xalqın nümayəndələri kimi bundan sonra da dövlətimizin, millətimizin inkişafı və tərəqqisi üçün əlimizdən gələni etməliyik. Bu yolda hər kəs səfərbər olmalı, Cənab Prezidentin ətrafında sıx birləşməlidir”.

ADU-nun MHİK-nin sədri Misgər Məmmədov tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan xalqı bu zəfəri öz qanı ilə, öz canı ilə əldə etdi. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır.

Daha sonra ADU-nun şəhid ailə üzvləri olan əməkdaşları, müharibə iştirakçıları çıxış edib, qalib xalqın nümayəndələri kimi əldə olunan böyük  Zəfərin təntənəsindən danışıblar.

Tədbir bədii hissə ilə davam edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo