Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Bilal Bayram oğlu İsmayılov - BAŞSAĞLIĞI

Bilal Bayram oğlu İsmayılov - BAŞSAĞLIĞI

Azərbaycan Dillər Universiteti Fransız dilinin fonetikası və qrammatikası kafedrasıAzərbaycan elminə ağır itki üz vermişdir. Filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin Həmkarlar təşkilatının rəhbəri (1992-2001). Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssis Bilal Bayram oğlu İsmayılov mayın 28-də ömrünün 83-cü ilində vəfat edib.Bilal Bayram oğlu İsmayılov 1940-cı ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 1947-ci ildə İkinci Şıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1957-ci ildə həmin məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutuna qəbul olub. 1962-ci ildə həmin institutun Avropa dilləri fakültəsinin fransız dili və Azərbaycan dili bölməsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Goranboy rayonunda müəllim kimi çalışıb.Bilal İsmayılov institutda təhsil aldığı dövrdə elmi işə maraq göstərib və tələbə elmi dərnəklərində iştirak edib. Orta məktəbdə müəllimlik etdiyi dövrdə də onun elmə olan marağı sönməyib.Professor B.İsmayılovun yazdığı “Fransız dilinin fonetikasına giriş”, “Phonétique française”, “Grammaire française. Syntaxe I” adlı əsərləri ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur.Tələbələr və tədqiqatçılar B.İsmayılovun “Fransız dilinin kommunikativ sintaksisi”, “Fransız dilinin aktual sintaksisi və onun tədrisi problemləri” kimi kitabları ilə bərabər onun müəllifi və redaktoru olduğu lüğətlərindən də  faydalanırlar. O, fransız dilinin leksikası, qrammatikası, fonetikası və tədris metodikası problemləri ilə yanaşı, leksikoqrafiya ilə də ciddi məşğul olub. Professorun iştirakı və redaktəsi ilə buraxılan “Müasir Fransızca-Azərbaycanca lüğət” və “Fransızca-Azərbaycanca ikidilli əsas işlək sözlər lüğəti” elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bundan başqa, B.İsmayılovun redaktəsi ilə nəşr edilən “Qısa terminoloji lüğət” (müəllifləri M.Abdullayeva və A.Vəkilova) və “Fransızca-Azərbaycanca və Azərbaycanca-Fransızca lüğət”lər də (müəllifləri Ç.Babaxanova və M.Abdullayeva) işıq üzü görüb və tələbələrin istifadəsinə verilib.Bilal Bayram oğlu İsmayılov universitetin bütün işlərində yaxından iştirak edib. O, həm fakültə, həm də universitetin Elmi Şuralarının üzvü, fakültədə TEC-in fəal təşkilatçılarından biri idi. Uzun müddət B.İsmayılov universitetdə fəaliyyət göstərən “Müasir dilçiliyin problemləri” elmi seminarına, sonralar isə 2003-cü ilədək universitetin Müdafiə Şurası nəzdindəki elmi seminara rəhbərlik edib. B. İsmayılov ölkəmizdə dərc edilən bir sıra elmi jurnalların, o cümlədən, “Dil və ədəbiyyat” (BDU), “Azərbaycanda Xarici Dillər”, “Elmi xəbərlər” (ADU), “Dil və ədəbiyyat” (ADU), “Le français en Azerbaïdjan” (“Azərbaycan fransız dili”) kimi jurnalların redaksiya heyətlərinin üzvü olub.Professor Bilal İsmayılov Azərbaycanda Roman dilləri ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. Bilal İsmayılovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.ADU-nun rektoru akademik Kamal Abdullanın və kollektivimizin adından professor Bilal İsmayılovun yaxınlarına dərin hüznlə başsağlığı veririk.    

31.05.2023

ADU-da

ADU-da "Olmaq yoxsa var olmaq?" adlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan III kurs tələbələri tərəfindən ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinin iştirakı ilə "Olmaq yoxsa var olmaq?" adlı maarifləndirici tədbir keçirilib. Pedaqogika kafedrası tərəfindən təşkil olunmuş layihə üzrə tələbələr müxtəlif aktual mövzularda çıxış edib, müzakirələr aparıblar.Qeyd edək ki, Pedaqogika kafedrasının təşkilatçılığı ilə tələbə və magistrantlar davamlı olaraq maarifləndirmə xarakterli tədbirlər həyata keçirirlər.

31.05.2023

ADU-da “Ən yaxşı tələffüz uğrunda” müsabiqə keçirilib

ADU-da “Ən yaxşı tələffüz uğrunda” müsabiqə keçirilib

  Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində ingilis dilinin fonetikasi kafedrasinın təşkilatçılığı ilə  “Ən yaxşı tələffüz uğrunda”  müsabiqə keçirlib.Müsabiqə Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbirlər planına əsasən 1-ci və 2-ci kurs tələbələri arasında baş tutub.Müsabiqənin öncəki  2 seçim mərhəlsində  finala vəsiqə qazanmış tələbələr münsiflər heyəti tərəfindən dinlənildikdən sonra qaliblər müəyyən edilib.Müsabiqənin münsiflər heyəti:Təhsil 1 fakültəsinin dekanı- professor Fikrət CahangirovTəhsil 2 fakültəsinin dekani- dosent Salman NuriyevTəhsil 1 fakültəsi nazdinda ingilis dilinin fonetikasi kafedrasinin müdiri- professor Fərman ZeynalovTəhsil 1 fakültəsi nəzdində  ingilis dilinin leksikologiyasi va üslubiyyati I kafedrasinin müdiri- dosent Kifayət HacıyevaTəhsil 1 fakültəsi nəzdində ingilis dilinin qrammatikasi kafedrasinin müdiri-professor Arif Hüseynov

31.05.2023

Azərbaycan Dillər Universiteti-75: Təhsil fakültəsi

Azərbaycan Dillər Universiteti-75: Təhsil fakültəsi

Azərbaycan Dillər Universiteti-75: Təhsil fakültəsiTəhsil fakültəsi yaranma tarixinə görə demək olar ki, ADU ilə həmyaşıddır.  Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı. İnstitut öz qapılarını 1948-ci il sentyabrın 1-də tələbələrin üzünə açanda burada cəmi iki fakültə fəaliyyət göstərirdi: 1) İngilis dili; 2) Alman-fransız dilləri fakültələri.  İngilis dili fakültəsi ayrıca qurum kimi həmin tarixdə yaransa da, öz başlanğıcınıAPİ-nin nəzdində fəaliyyətə başlamış Xarici dillər fakültəsindən götürür. Çünki respublikada ingilis dili mütəxəssisləri ilk dəfə olaraq məhz həmin fakültədə hazırlanmağa başlamış və İnstitut açılana qədər respublikanın məktəblərinə yüzlərlə xarici dil müəllimi göndərilmişdir. Bu məzunların arasında sonralar müstəqil institutun elmi-pedaqoji həyatında, eləcə də respublikada xarici dillərin tədrisi prosesində mühüm rol oynamış Rüxsarə Qayıbova, İsmixan Rəhimov, Nazim Qədimbəyov, Fuad Kazımov, Həcər Nağıyeva, Xədicə Əhmədova, Miyasət Ömərova kimi şəxslər də var idi. Lakin respublikada müstəqil institut yarandıqdan sonra xarici dil mütəxəssislərinin hazırlanması yeni mərhələyə qədəm qoydu.90-cı illərə qədər respublikada ingilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan İngilis dili fakültəsi rektorun 1991-ci il, 17 dekabr tarixli əmri ilə İngilis-alman dilləri və İngilis-fransız dilləri fakültələrinə ayrıldı. İkinci fakültə İnstitut Elmi Şurasının qərarı ilə 1998-ci ildən İngilis dili və Regionşünaslıq, 2001-ci ildən isə 1 №-li İngilis dili fakültəsi adlanmışdı. 2013-cü ildə 1 saylı İngilis dili fakültəsinin adı dəyişdirilərək Pedaqoji fakültə olmuşdur. ADU-da struktur dəyişikliklərinin aparılması ilə əlaqədar olaraq Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələr birləşdirilərək əvəzinə TƏHSİL fakültəsi yaradılmışdır.2010-cu ildə İngiltərənin Essex Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanmış müqaviləyə əsasən Təhsil fakültəsində ikili diplom proqramı həyata keçirilməkdədir. Belə ki, Təhsil fakültəsinin müəyyən olunmuş kursunu müvəffəqiyyətlə başa vuran tələbələrə təhsillərini Esseks Universitetində davam etdirmək imkanı verilir. Tələbələrimiz 2 il ixtisas üzrə fakültədə təhsil aldıqdan sonra, təhsilllərinin qalan 2 ilini Essexdə davam etdirməklə hər iki universitetin (həm Essex Universiteti, həm də Azərbaycan Dillər Universiteti) diplomlarını əldə edirlər.Fakültə üzrə kafedra əməkdaşlarının nüfuzlu elmi nəşrlərdə son beş ildə 106 sayda elmi məqaləsi çap olunmuşdur. Fakültə əməkdaşları 109 sayda Beynəlxalq elmi konfranlarda iştirak etmişlər.Yarandığından ötən 75 il ərzində minlərlə ingilis, alman,  fransız dili mütəxəssisi hazırlamış fakültənin yetirmələri arasında zəngin elmi yaradıcılığı, yüksək istedadı, dilçilik elminin inkişafında öz dəst-xətti ilə seçilən çoxsaylı kadrlar hazırlanmışdır.Fakültə universitetdə aparılan islahatların önündə gedən aparıcı quruma çevrilmişdir. Universitetimiz 2005-ci ildə Boloniya prosesinə qoşularkən Təhsil fakültəsi bu prosesin önündə getmişdir. Tədris plan və proqramları yenilənmiş, dərsliklər müasir tələblərə cavab verən dərsliklərlə əvəz olunmuşdur. Tələbələr, valideynlər və eləcə də müəllimlərlə bu yeni sistem haqqında maarifləndirmə işləri aparılmış, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirilmiş, yeni-yeni fənn proqramları hazırlanmışdır.Universitetimizin rektoru, akademik Kamal Abdullayevin diqqət və qayğısı sayəsində Təhsil fakültəsinin maddi-texniki bazası daha da gücləndirilmişdir. Fakültədə  tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrini daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində böyük işlər görülmüşdür.AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullayevin uzun illərdir həyata keçirdiyi “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü layihəsi tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Məhz həmin gün universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifədə tələbələr tərəfindən açıq səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr universitetdə  bir gün ərzində tədris prosesi, inzibati və digər işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Rektorumuzun ideya müəllifi olduğu digər iki layihəni də qeyd etmək istərdim. Bunlardan birincisi respublikamızda ilk dəfə olaraq Təhsil fakültəsi tələbələrinin pedaqoji təcrübəsinin qaçqın-köçkün və eləcə də region məktəblərində təşkil edilməsi idi. İkincisi isə ADU-nun respublikanın orta ümumtəhsil məktəbləri ilə birlikdə tələbə-şagird konfransı layihəsini gerçəkləşdirməsidir. Təhsil fakültəsinin tələbələri hər bir layihədə fəal iştirak edirlər. Güman edirik ki, XXI əsrdə dünyanın heç bir ölkəsində ali təhsil sistemi təcrid olunmuş şəkildə mövcud ola bilməz. Təhsil ocaqlarının ölkə daxilində, bir qrup ölkəni əhatə edən bölgələrdə və beynəlxalq aləmdə geniş əməkdaşlıq şəbəkələrinin qurulması qloballaşma dövründə güc qazanma cəhətdən zəruriyyətə çevrilmişdir. Belə ki, Mart ayında 2023-cü il üzrə QS sahələr üzrə universitetlərin reytinqi (SUBJECT RANKİNGS 2023) açıqlanmışdır. Sözügedən reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak etmişdir. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olmuşdur. Azərbaycan Dillər Universiteti müasir dillər üzrə (301-340) dünyada ən yaxşı universitetlər qrupuna daxil olmuşdur.  Düşünürəm ki, bu uğurun əldə edilməsində 2017-ci ildən Azərbaycan Dillər Universitetində rektor işləyən akademik Kamal Abdullayevin zəhməti danılmazdır. Dünya universitetləri sırasında yer almaq isə ADU ailəsinin 75 illik yubileyinə ən gözəl töhfədir. professor Fikrət Cahangirov. ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru 

31.05.2023

ADU-da “Xüsusi uşaqlar, xüsusi yanaşmalar” adlı təlim keçirilib

ADU-da “Xüsusi uşaqlar, xüsusi yanaşmalar” adlı təlim keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində “Xüsusi uşaqlar, xüsusi yanaşmalar” adlı təlim keçirilib.Təlimin Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.Nigar Zeynalova və Nitq İnkişaf Mərkəzinin rəhbəri loqoped Esmira Kazımova arasındakı razılaşmaya əsasən reallaşdırıldığı bildirilib.Dos. Nigar Zeynalova "Xüsusi təhsil milli və beynəlxalq müstəvidə", Günay Seyidova "İnklüziv təhsil sahəsində maarifləndirmə işlərinin əhəmiyyəti", Aygün Qasımova "Xüsusi təhsildə tədris olunan fənlər və onların metodikası", Esmira Kazımova "Nitq qüsurları və loqopedik yoxlanış", Natiq Kamilov "Uşaqlarda fiziki inkişaf göstəriciləri", Siddiqə Qasımova "Görmə məhdudiyyətli uşaqlarla korreksiya işi" mövzularında çıxış ediblər.Təlim korreksiyaedici təlim sahəsində fəaliyyət göstərən mütəxəssis və tələbələr üçün nəzərdə tutulub.Sonda iştirakçılara sertifikat, təlim spikerlərinə isə təşəkkürnamə təqdim olunub.Qeyd edək ki, İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə silsilə maarifləndirici tədbirlərin həyata keçirilməsi ənənəsi formalaşıb.Prosesin davam etdirilməsi nəzərdə tutulur.

30.05.2023

ADU-nun müəllimi tərəfindən Yassı Universitetində Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar açıq dərs keçirilib

ADU-nun müəllimi tərəfindən Yassı Universitetində Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar açıq dərs keçirilib

Azərbaycan Dillər universitetinin (ADU)  Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının baş müəllimi Hökümə Abbasova ERASMUS+ mübadilə proqramı  çərçivəsində 07-13 may tarixlərində Rumuniyanın Yassı şəhərindəki Aleksandr İohan Kuzi adına Yassı Universitetində müəllim mübadilə proqramında iştirak edib.Öncə  Aleksandr İohan Kuzi adına Yassı Universitetində həmin dövrdə ERASMUS+ proqramı çərçivəsində  fərqli ölkələrdən (Tunis, Əlcəzair, Çin və s.) gələn müəllimlərin görüşü keçirilib və onlar Rumıniyanın ilk unversiteti olan Yassı Unversitetinin muzeyi ilə tanış olublar.Mübadilə proqramı çərçivəsində H. Abbasova Aleksandr İohan Kuzi adına Yassı Universitetinin Tarix fakültəsinin rəhbərliyi və müəllimləri ilə görüşüb, onların dərslərində iştirak edib və “Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycanda multikultiralizim” mövzularında mühazirə deyib.H. Abbasova Yassı Universitetində yerləşən “Azərbaycan multikulturalizim” mərkəzində olub, mərkəzin rəhbəri Lüdmila Bejenaru ilə tələbələrə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar açıq dərs keçib.Açıq dərsdə Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanın inkişafı naminə atdığı addımlardan, onun formalaşdırdığı balanslı xarici siyasət və Multikulturalizm siyasəti haqqında tələbələrə ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.Sonda H. Abbasova Azərbaycan Dillər Universitetinin adından gətirdiyi hədiyyələri tələbələrlə birlikdə mərkəzə yerləşdirib və məkəzin xatirə kitabına ürək sözlərini qeyd edib.

30.05.2023

ADU-da “Şəxsiyyət pozuntuları. Stressin idarə olunması. Fobiyalar” adlı təlim keçirilib

ADU-da “Şəxsiyyət pozuntuları. Stressin idarə olunması. Fobiyalar” adlı təlim keçirilib

Azərbaycan Dillər Universitetində (ADU)  Psixologiya kafedrası ADU psixoloji xidmət mərkəzinin birgə təşkilatçılığı ilə  “Psixi sağlamlıq mərkəzi”nin həkim psixiatrı Aydan Cabbarovanın iştirakı ilə “Şəxsiyyət pozuntuları. Stressin idarə olunması. Fobiyalar” adlı təlim keçirilib. Təlimdə müxtəlif şəxsiyyət tiplərinin xarakter xüsusiyyətləri, onların sosial-tarixi məzmunla şərtlənməsi haqqında məlumat verilib. Həmçinin  imtahan situasiyasında müxtəlif şəxsiyyət tiplərinin davranış modelləri  konkret nümunələrlə açıqlanıb.Sonda tələbələrin sualları həkim psixiatr tərəfindən cavablandırılıb.

30.05.2023

ADU-da “Heydər Əliyev və Təhsil” adlı tədbir keçirilib

ADU-da “Heydər Əliyev və Təhsil” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitenin (ADU) Linqvokulturologiya kafedrasının baş müəllimi Dinara Muxtarovanın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Təhsil” adlı tədbir keçirilib.Tədbir Azərbaycan Dövlət Himni səsləndirilməsi ilə başlayıb.Sonra Dinara Muxtarova tədbirin universitetin Tərcümə fakültəsində yerləşən İsmixan Rəhimov adına auditoriyasında keçirilməsinin təsadüfi olmadığını bildrib. O, Heydər Əliyevin yüksək səviyyəli müəllim və vətənpərvər olduğuna görə İsmixan Rəhimovu "Şöhrət" ordeni ilə təltif etdiyini, Ümumi liderin bu addımının da müəllimə və təhsilə olan diqqət və hörmətin bariz nümunəsi olduğunu qeyd edib.Təhsil-1 fakültəsinin 312A və 312B qruplarının tələbələri çıxışlarında Heydər Əliyevin təhsilə olan münasibəti, ulu öndərin qısa bioqrafiyası, müəllimlərə və təhsilə verdiyi sayqı və hörməti, Azərbaycan təhsilinə töhfəsi mövzusu, həmçinin Heydər Əliyev adına olan məktəb və liseylər, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər haqqında ətraflı məlumat veriblər.Tədbirdə Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş Xaricdə Təhsil imkanları haqqında da  məlumat səsləndirilib.Bildirək ki, çıxışlar tələbələr tərəfindən hazırlanmış videoçarxlar vasitəsi ilə təqdim olunub. Videolarda fərqli məktəb və universitetlərdə Heydər Əliyevə ayrılan guşələr də təsvir olunub.Tədbirə Linqvokulturologiya kafedrasinin müdiri professor Məsməxanım Qazıyeva, adı çəkilən kafedranın müəllim heyəti, Təhsil 1 fakültəsinin dekanlıq nümayəndələri Gülmar İsrafilova və Nəzrin Seyidova qonaq qismində iştirak ediblər.Sonda Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva çıxışında Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

30.05.2023

ADU-da Müstəqillik Günü münasibətilə tədbir keçirilib

ADU-da Müstəqillik Günü münasibətilə tədbir keçirilib

 Mayın 26-da Azərbaycan Dillər Universitetində BMR fakültəsi nəznində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib.Dövlət Himni səsləndirilib.BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştiakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi  23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil  demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.Cümhuriyyətlə bağlı videoçarx izlənilib.Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “AXC-nin daxili siyasətində multicultural ənənələr” mövzusunda çıxış edib. Qeyd olunub ki, AXC 23 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik Respublikalarından heç də geri qalmırdı.  Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda çıxış edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev Cümhuriyyət qurucalarının fəaliyyətini daima yüksək qiymətləndirib. Müasir Azərbaycanın Cümhuriyyətin varisi olduğunu bildirib.Tədbir tələbələrin sualları ilə davam edib.

30.05.2023

ADU-da “Karyera günü və İş yarmarkası” adlı tədbir keçirilib

ADU-da “Karyera günü və İş yarmarkası” adlı tədbir keçirilib

  Mayın 27-də Azərbaycan Dillər Universiteti və ABŞ səfirliyinin Bakı Amerika Mərkəzi və ABŞ təhsilli Azərbaycanlı Məzunların İctimai Birliyinin dəstəyi ilə “Karyera günü və iş yarmarkası” baş tutub.Azərbaycan Dillər Universiteti və ABŞ səfirliyinin Bakı Amerika Mərkəzində təşkil olunan tədbirdə özəl sektor, dövlət qurumları və biznes sahəsinin İnsan Resursları üzrə departamentinin nümayəndələri iştirak ediblər.Tədbir iki hissədən ibarət olub.Birinci hissədə Azərbaycan İnsan Resursları İnstitutunun icraçı direktoru Emil Hüseynov, PAŞA Bankın İstedadların cəlb olunması və işə qəbul üzrə qrup rəhbəri, peşəkar karyera təlimçisi Fidan Hüseynova və Təhsil Tələbə Kredit Fondunun əməkdaşı Aysel Həsənova çıxış edərək, karyera planlaması və iş dünyasına hazırlıq, müsahibəyə hazırlıq kimi mövzularda iştirakçıları məlumatlandırıblar.Tədbirin ikinci hissəsi isə şirkətlərlə tanışlıq, sərgi materiallarının paylanmasına həsr olunub.Tədbirin keçirilməsinin əsas məqsədi universitet məzunları, mütəxəssislər, işsizlər üçün gələcək karyera inkişafında kömək göstərməkdir. Eyni zamanda, müxtəlif şirkətləri İnsan Resursları departamentlnin nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqdır.

30.05.2023

Bizimlə əlaqə

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo