ADU-da “ABŞ-da təhsil” sərgisi keçirilib
Mayın 20- də Azərbaycan Dillər Universitetində (ADU)  ABŞ-da Təhsil Bürosu, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Bakı Amerika Mərkəzinin təşkilatçılığı ilə “ABŞ-da təhsil” sərgisi keçirilib

Sərgi zamanı 34 universitet və 8 təqaüd proqramı təqdim olunub. İştirakçılar ABŞ təhsilli məzunlar ilə həmsöhbət olmaqla yanaşı, həmçinin, ABŞ-da universitet proqramları, müraciət prosedurları, qəbul tələbləri və təqaüd imkanları haqqında daha ətraflı məlumat alıblar.

Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru Novruz Məmmədov və ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər üzrə vəkili cənab Hüqo Qevarasərginin fəxri qonaqları olub.

Prorektor Amerika-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Təhsilin, xüsusən də ABŞ-da təhsilin əhəmiyyətindən danışıb, hər kəsə uğurlar arzulayıb.

 Cənab Hüqo Qevara da, öz növbəsində çıxış edərək ABŞ-Azərbaycan dostluğunu vurğulayıb, ADU-nun rektoru akademik Kamal Abdullaya sərginin keçirilməsində ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

 Cənab Qevara ABŞ universitetləri və təqaüd proqramlarının təmsilçiləri ilə görüşüb, sərgiyə gələnlərlə həmsöhbət olub. O, həmçinin ABŞ-da təhsil almağı planlaşdıran hər kəsə uğurlar arzulayıb.

Sərgi zamanı iştirakçılar bir sıra universitetlərə virtual ekskursiya edib, həmçinin, müsabiqələrdə iştirak edərək hədiyyə qazanmaq şansı da əldə ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo