Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın xarici siyasətində H. Əliyev fenomeni” mövzusunda dəyirmi masa keçirilib.
Regionşünaslıq kafedrasının müdiri, prof. S. Əliyevanın moderatorluğu ilə keçən dəyirmi masada Beynəlxalq münasibətlər, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedralarının əməkdaşları, tələbə və magistrlar iştirak ediblər.
Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Şəfəq Abdullayeva “Azərbaycanın xarici siyasətində H. Əliyev kursu” mövzusunda çıxış edərək, Ulu öndərin Azərbaycanın xarici siyasətinin yaradılmasındakı rolundan söz açıb.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Ulu öndər H. Əliyevin Azərbaycanın xarici siyasətində beynəlxalq terrorizmlə mübarizə strateqiyası” adlı çıxışı ilə son illərdə Azərbaycana qarşı törədilmiş terror hadisələrinə toxunub.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Bağırova isə “Heydər Əliyevin Türk dünyasının yüksəlişi strateqiyası” mövzusunda çıxış edib.
Sonda prof. Ə. Məmmədov, dos. Ə. Abdiyeva və digər iştirakçılar çıxışlar ətrafında müzakirələr aparıblar.