ADU-da dahi şair Səməd Vurğunun və fransız şairi Lui Araqonun yaradıcılıq gecəsi keçirilib
 Azərbaycan Dillər Universitetində (ADU)  Fransız dili və mədəniyyəti mərkəzi, Frankofoniya Mərkəzi, Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər kafedrasının birgə təşkilatçılığı ilə Səməd Vurğunun və Lui Araqonun poeziya gecəsi keçirilib.

Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov çıxışında hər iki ədibin yaradıcılığı və onların dostluğu haqqında ümumi məlumat verib.

Tədbirdə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib, Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə can sağlığı arzulanıb.

Təhsil-2 fakültəsinin 227a qrupunun tələbələri Şəhla Cəfərova S. Vurğunun, Rəşadə Hüseynzadə isə Lui Araqonun həyatı haqqında məlumat veriblər.

Tələbələr  Aydan Hüseynova S. Vurğunun “Dağlar” şeirini Azərbaycan, Səmanur Hacızadə “Dağlar” şeirini fransız dilində, Ləman Cəfərova Lui Araqonun “Elzanın əlləri”, Gülbahar İsmayılova Araqonun “Səni sevəcəyəm mən”, Pakizə Feyzullayeva və Nərgiz Haciyeva  S. Vurğunun “Mən tələsmirəm”, 222a qrupunun tələbəsi Zəhra Piriyeva Lui Araqonun “Elzanın gözləri” şeirlərini səsləndiriblər.

 324a qrupunun tələbəsi Fidan Fərzəliyevə  S. Vurğunun “Şair, nə tez qocaldın sən” şeirini Azərbaycan, 227a qrupunun tələbəsi isə həmin şeiri fransız dilində söyləyiblər.

Tədbirdə eyni zamanda S. Vurğunun sözlərinə bəslənmiş xalq artistləri Ş. Ələkbərovanın ifasında “Dağlar”, M. Bağırzadənin ifasında “Yadıma düşdü”, Z. Xanlarovanın ifasında “Azərbaycan”, Tərcümə fakültəsinin 426-cı qrup tələbəsi Fatima Namazovanın canlı ifasında və digər fransız dilində mahnılar da səsləndirilib.

Tədbirin sonunda İngilis dilinin qrammatikası kafedrası müdiri, professor Arif Hüseynov, Frankofoniya Mərkəzinin müdiri, f.e.n Şahismayıl Süleymanov, Xarici Dillərin Tədrisi metodikasının müdiri, dos Günay Şirəliyeva, Təhsil-2 fakültəsi nəzdində Xarici Dillər kafedrasının əməkdaşaları, b.m Cəmalə Tağızadə, Bağırova Ruhlana, Əsmər Veyisova, Aysel Məmmədli, İngilis dilinin leksikologiyası üslubiyyatı kafedrasının əməkdaşları Sübü Əliyeva və Nərmin Heydarova çıxışlarında gecənin əhəmiyyətindən danışıb, yüksək səviyyədə təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo