ADU-da “Davamçı ol” layihəsi çərçivəsində görüş keçirilib
Aprelin 18-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən  "Davamçı ol" adlı layihəsi çərçivəsində "Davam" Gənclər Hərəkatının gənclərinin universitetin tələbələri ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənclərə Hərəkatla bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, Hərəkat  2-ci ildir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Davamçı ol" adlı layihə həyata keçirir.

Layihənin məqsədi ali təhsil müəssisələri və regionlarda yaşayan gənclərlə görüşlərin keçirilməsi, Hərəkatın fəaliyyəti haqqında rəqəmsal təqdimatların nümayiş olunması, onlarda ictimai fəaliyyətə maraq oyadaraq dövlət gənclər siyasətinin ölkə gəncliyinə yaratdığı geniş spektorlu imkanlar haqqında məlumat verməkdir.

 Ötən il ərzində layihə çərçivəsində müxtəlif ali təhsil müəssisələrində, Hərəkatın Bakı ofisi və regionlarda 83 qeyri-formal görüş keçirilib.  Ümumilikdə 12 mindən çox gənc bu görüşlərdə iştirak edib.

 "Davam" Gənclər Hərəkatı gənclər və maraq qrupları tərəfindən gələn sosial sifarişlər əsasında fəaliyyətini quran, ölkənin gənclər və idman siyasətinə töhfə verməyi hədəfləyən çoxvektorlu gənclər platforması olaraq,  3-cü ildir ki, gənclərə xidmət göstərməyə davam edir.

Hal-hazırda Hərəkatın 10 mindən çox rəsmi üzvü var. Ümumi statistikaya nəzər salsaq, bu günə qədər Hərəkatın həyata keçirdiyi fəaliyyətlərdən birbaşa 60 mindən, dolayı yolla isə 250 mindən çox gənc yararlanıb.

Bu dövr ərzində Hərəkatın gördüyü işlər sosial media resursları vasitəsilə 9 milyondan çox insana çatıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo