Mayın 22-də Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində kafedranın müəllimi Günay Seyidovanın spikerliyi ilə "Davranış pozuntusu olan, emosional və sosial ehtiyaclı şagirdlərlə işin təşkili" mövzusunda təlim keçirilib.
Seminar "Leykamiya ilə mübarizə" İctimai Birliyinin könüllüləri və valideynlər üçün nəzərdə tutulub.
Təlimdə davranış pozuntularının növləri, yaranma səbəbləri və aradan qaldırılma yolları haqqında məlumat verilib.
Seminarda iştirakçılar arasında müzakirələr olub, fikir mübadiləsi aparılıb.