ADU-da FHN-nin əməkdaşları tərəfindən maarifləndirici dərs keçirilib
Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciəti əsasında Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşkilatçılığı ilə adı çəkilən nazirliyin əməkdaşlarının nümunəvi dərsi keçirilib.

FHN-nin Bakı Regional mərkəzinin müavini Aida Səfərəliyeva, Bakı regional mərkəzi Suraxanı rayonunun rəisi Toğrul Vəliyev, Bakı Regional mərkəzi Nərimanov rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin baş məsləhətçisi Pərvanə Nəsirova, Dövlət Yanğın Nəzarəti xidmətinin Yanğına qarşı təbliğat şöbəsini inspektoru daxili xidmət mayoru Fərid Həsənov, FHN-nin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin baş məsləhətçisi Müvəssil Allahverdiyev çıxış ediblər.

 Fövqəladə hallarda ilkin yardım və təbii fəlakətlər zamanı əhalinin davranış qaydaları və xilasetmə işləri haqqında məlumat verilib.

Keçirilən dərsdə  rektorun müşaviri Anar Osmanlı, Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müəllimləri, Tərcümə, Təhsil 1, Təhsil 2 fakültələrinin tələbələri iştirak ediblər.

Sonda tələbələri maraqlandıran suallar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən cavablandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo