ADU-da Frankofoniya həftələri ilə əlaqədar tədbirlər keçirilib
Azərbaycan Dillər Universiteti Frankofoniya və Fransız Dili və Mədəniyyəti mərkəzində Frankofoniya həftələri ilə əlaqədar olaraq, 27-31 mart tarixləri arasında tədbirlər keçirilib.

Tədbirlər müddətində fransız dilli tələbə və müəllimləri üçün fransız dilinin bütün sahələrini əhatə edən maraqlı filmlər nümayiş edilib, təlimlər, seminarlar, oyunlar təşkil olunub.

2022-ci il noyabr ayından 2023-cü il aprel ayının sonunadək Frankofoniya və Fransız dili və Mədəniyyəti Mərkəzinin bütün işlərində fəal iştirak edən, mütəmadi olaraq müəllim və tələbələrə fransız dilinin incəliklərini aşılayan Fransadan gəlmiş təlimçi müəllim Lu Maşprən Təhsil -2 fakültəsi, Frankofoniya, Fransız Dili və Mədəniyyəti mərkəzləri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Həmin müddətdə Frankofoniya həftələri çərçivəsində keçirilən imla müsabiqəsinin qalibi Təhsil-2 fakültəsinin tələbəsi Fatimə Namazovaya da diplom və mükafat verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo