Aprelin 12-də Azərbaycan Dillər Universitetində Fransız dilinin fonetikası və qrammatikası kafedrası Ruminiyanın Pteşti Universiteti ilə birgə Frankofoniya günləri çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Frankofonların görüşü” adlı tədbir keçirilib.
Tədbirdə Fransız dilinin fonetikası və qrammatikası kafedrasının professoru Ülfət İbrahim Ümumilli liderin 100 illiyi ilə bağlı tədbirlər planı haqqında rumin tələbələrinə məlumat verib.
Professor Frankofoniya həftələri çərçivəsində fransız dilini öyrənən Ruminiya və Azərbaycan tələbələri arasında daha sıx əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsini arzu edib və belə görüşlərin daha tez-tez keçirilməsinin səmərili olduğunu bildirib.
Pteşti Universitetinin fransız ili müəllimi Liliyana Volkulesku öz növbəsində çıxış edərək “Erasmus+” proqramı çərçivəsində universitetə səfəri zamanı müəllim və tələbələrlə tanışlığı və Filologiya fakültəsində keçdiyi dərslərlə bağlı məmnunluğunu dilə gətirib. Həmçinin hər iki universitet arasında əlaqələrin daha da gücləndirilməsinin hər iki tərəf üçün maraqlı olduğunu qeyd edib.
ADU-nun Filologiya fakültəsi və Pteşti universitetinin tələbələri hazırladıqları təqdimatları növbə ilə slaydlar vasitəsilə zoom platformasından nümayiş ediblər.
Tələbələr- Filologiya fakültəsinin 438 - ci qrup tələbəsi Fidan Babayeva öz təqdimatını Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və şərəfli ömür yolu haqqında fransız dilində ətraflı məlumat verib.
Filologiya fakültəsinin 438 - ci qrup tələbəsi Ədilə Təhmasib XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı, Nizami sənətinin bəşəriyyətin mədəni inkişafındakı rolundan söz açıb.
Filologiya fakültəsinin 438 - ci qrup tələbəsi Fidan Əliyeva Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, liderlərindən biri olan Məmməd Əmin Rəsulzadə haqqında çıxış edib.
Cristea Maria, Teodorescu Cristia, EFİ, «Constantin Brâncuși: La Roumain vue par les yeux de Brâncuși» (“Ruminiya Brâncușinin gözü ilə”), - Oltenau Amandi Stefanie, EFİ, Eugène lonesco: Le Roumain qui a impressionné les Français par ses écrits, - Tuta Anastasia, EFI, «Emil Cioran et ses ɶuvres littéraires» («Emil Çoran və onun əsərləri») mövzuları ilə çıxış ediblər.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Frankofonların görüşü” adlı tədbir Azərbaycan və Ruminiya universitetinin tələbə və müəllim heyəti arasında maraqlı, qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.
Bildirək ki, adıçəkilən kafedranın təşəbbüsü ilə “Frankofoniya günləri” çərçivəsində keçirilən tədbir universitetlər arasında, xüsusən, elmi sahədə olan əməkdaşlığın daha da gücləndirilməsinə təkan verir.