ADU-da “Heydər Əliyev irsində Azərbaycançılıq ideyalarının qoyuluşu” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU)  Pedaqogika kafedrasının təşkilatçılığı ilə  “Heydər Əliyev irsində Azərbaycançılıq ideyalarının qoyuluşu” adlı tədbir keçirilib.
Tədbirdə rektor məsləhətçisi A. Osmanlı, Təhsil-1 fakültəsinin dekanı professor F. Cahangirov, Təhsil-2 fakültəsinin dekanı dosent S. Nuriyev, Pedaqogika kafedrasının müdiri dos. N. Zeynalova, Leksikologiya və üslubiyyat kafedrasının müdiri dos. K.Hacıyeva, Pedaqogika kafedrasının müəllimi dos. V. Bəşirov çıxış ediblər.
Çıxışlar zamanı Ulu öndər Heydər Əliyevin gənc nəsil üçün nümunəvi həyatı və zəngin bioqrafiyasından danışılıb, layiqli davamçısı Cənab İlham Əliyevin siyasi strategiyasının nəticələri xüsusi vurğulanıb.
Səbri, əzmi, müdrikliyi, millətinə, vətəninə sevgisi ilə bütün dünyanı heyrətləndirən Ulu öndər Azərbaycanda elmin, maarifin, ədəbiyyatın, incəsənətin, idmanın və digər sahələrin inkişafına daim diqqət yetirib, qayğısını əsirgəməyib, fəaliyyəti ilə tarix yazıb, fundamental uğurlara imza atıb.
Heydər Əliyev Azərbaycançılığın ən böyük təbliğatçısı, müstəqil Azərbaycanın qurucusu, ömrünü Vətənin çiçəklənməsinə, inkişafına həsr edən tarixi şəxsiyyət kimi xatirəmizdə yaşayır.
ADU-nun magistrantları - S.Məmmədova, N.Mərdanova fəallıq göstərmiş, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı barəsində tarixi faktlar səsləndiriblər.

© 2023Azərbaycan Dillər Universiteti
ÜNVAN: BAKI ŞƏHƏRİ, R.BEHBUDOV KÜÇ., 134.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo