Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti K. Fərəcbəylinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev -- müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İştirakçılarını salamlayan kafedra müdiri dosent Ə. Şirəliyev belə bir tədbirin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Təhsil-1 fakültəsinin 408b qrup tələbəsi Kübra Mustafazadə Heydər Əliyevin SSRİ dövründən başlayaraq siyasi kursu baradə geniş məlumat verib.
ADU-nun Təhsil-1 və Təhsil-2 fakültələrinin tələbələri Səbuhi Mehdiyev, Həcər Mahmudova, Lamiyə Hüseynzadə, Xədicə Bəhmənli, İlahə Cəfərli, Gülsüm Xəlilova, Gülpəri Muradova Ulu Öndərin respublikamızın inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.
Tələbələr “Heydər Əliyev və multikulturalizm”, “Heydər Əliyev və gənclər siyasəti”, “1993-2003 illər ərzində ulu öndərin daxili və xarici siyasəti”, “Heydər Əliyevin ordu quruculuğundakı rolu”, “Heydər Əliyevin Azərbaycan təhsilinə və elminə göstərdiyi qayğı” mövzularında çıxış ediblər.
Kafedranın müəllimləri dos. Z. Quliyeva, b/m. J. Mehrəliyeva, b/m. İ. İsgəndərova Ümummilli liderin müəllim peşəsinə verdiyi diqqət və qayğıdan, elm və təhsilə verdiyi töhfələrdən bəhs ediblər.