ADU-da
Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq (BMR) fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı  ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev va Qafqazda sülh" mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli mövzu haqqında məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.

ADU-nun rektoru akademik Kamal Abdulla Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb:

“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi məhv olmaq təhlükəsindən xilas etdi. Onun qayıdışından sonra Azərbaycan xalqı uçurumdan döndü. Bu uçurum üzərindən qələbəyə gedən yol açıldı. Məhz bu strateji yolun müəllifi Heydər Əliyev idi. Həmin srateji yolla xalqı uğurla irəli aparan onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oldu.  Atəşkəs dövründə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin etməsinin və bu əsasda güclü ordu yaratmasının ən böyük nəticəsi 44 günlük müharibədə qazanılan şanlı qələbəmiz oldu.” Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Vüqar Həsənov "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin fəaliyyəti",  Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov "Heydər Əliyevin Qafqazda sülh strategiyasının iqtisadi, siyasi və mədəni aspektləri" mövzularında çıxış edib.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin çıxışlarını əks etdirən video-çarx nümayiş olunub.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo