ADU-da “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilib
Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası tərəfindən  166 R qrupunda   “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilib.

Dərsdə Regionşünaslıq kafedrasının müdiri  professor Sevdagü Əliyeva çıxış edib. Çıxışında o,  bildirib ki,  Heydər Əliyev  Azərbaycanın iqtisadiyyatı, siyasi  məsələləri ilə yanaşı mədəniyyətinin də inkişafında böyük rol oynayıb. Azərbaycanın tarixi qədər qədim olan mədəniyyət sahələrinin tədqiqi, öyrənilməsi, müasir dövrdə daha yüksək inkişafa istiqamətləndirilməsi Azərbaycan Respublikasının mühüm əhəmiyyət verdiyi sahələrdən biridir. Heydər Əliyevin hər iki rəhbərliyi dövründə mədəniyyətin bütün sahələrinin öyrənilməsi, qorunması, planlaşdırılması, qanuni hüquqi bazasının yaradılması və dünyaya tanıdılmasında son dərəcə mühüm tədbirlər həyata keçirilib. Azərbaycan tarixi,ədəbiyyatı və mədəniyyətinin dərin bilicisi olan Ulu öndər daim mədəniyyət tədbirlərini və mədəniyyət sahəsinin nümayəndələrini diqqət mərkəzində saxlayıb. Teatr, kino, muzeylərin inkişafı, mədəniyyət  işçiləri və xadimlərinin  zamanında qiymətləndirilməsi, diqqət və qayğı ilə əhatə olunmasında Heydər Əliyevin böyük rolu olub.  Yüksək ədəbi və musiqi duyumu olan Ümummilli Liderin mədəniyyət xadimləri ilə çox sayda görüşləri, yubiley məclislərində, mükafatların təqdim olunması prosesində qiymətli çıxışlarının  lent yazıları qalıb. Heydər Əliyevin mədəniyyətin hər sahəsinə aid dediyi fikirlər, tamlığı və mükəmməliyi ilə seçilir.

Dərs zamanı  Regionşünaslıq kafedrasının dosenti Nigar Hüseynova,  müəllimi Zarina Mahmudova, Aygün Soltanzadə, Rüfət Ağaqasımov və Nailə Məmmədova Ulu öndərin  mədəniyyət sahəsindəki fəaliyyəti və deyimləri haqqında çıxışlar ediblər.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo