Mayın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımovun “Heydər Əliyev və Azərbaycanın Türk dünyası ilə inteqrasiyası” mövzusunda açıq dərsi keçirilib.
Dosent Emil Qasımov Heydər Əliyevin Azərbaycanın Türk dünyası ilə inteqrasiyası istiqamətində həm ikitərəfli, həm də çoxtərəfli istiqamətdə münasibətlərinin formalaşmasındakı rolu haqqında geniş məruzə edib. Xüsusilə çoxtərəfli əməkdaşlıq istiqamətində Türk dövlət başçılarının Zirvə görüşü və TÜRKSOY çərçivəsində H. Əliyevin fəaliyyəti qeyd olunub.
Məruzəçi Heydər Əliyevin dövründə Azərbaycanın Türk dünyası ölkələri ilə əlaqələr yaratdığını tələbələrin diqqətinə çatdırıb.
Tələbələrin Heydər Əliyevin diplomatik fəaliyyəti haqqında sualları ətrafında fikir mübadiləsi aparılıb.
Dərs Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən keçirilib.