ADU-da “Heydər Əliyev və milli-mənəvi dəyərlər”-mövzusunda dəyirmi masa keçirilib
Martın 16-da Azərbaycan Dillər Universitetində Təhsil -1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təçkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada adıçəkilən kafedranın əməkdaşları, ADU-nun rektor məsləhətçisi A. Osmanlı, Təhsil -1 fakültəsinin dekanı fil.e.d., prof. F. Cahangirov,  Təhsil -1 fakültəsi nəzdində olan kafedraların müdirləri və Təhsil 2 fakültəsi nəzdində Pedaqogika kafedrasının müdiri iştirak ediblər.

 Kafedra müdiri fil.f.d., dos. X. Əsgərova Ulu öndər H. Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən danışıb.

Çıxışlar zamanı Azərbaycan tarixində ilk dəfə olaraq milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi əlamətdar günlərin təqvimdə rəsmi dövlət bayramları kimi qeyd edilməsini Ümummilli Lider tərəfindən xalqın milli dəyərlərinə qayğı və hörmətinin təzahürü olduğu bildirilib.

Sonda H.Əliyevin Novruz bayramı münasibətilə təşkil olunan tədbirlərdə iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Bildirilir ki, Azərbaycan  xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilmişdir. Bu münasibətlə respublikada, o cümlədən Azərbaycan Dillər Universitetində silsilə tədbirlər keçirilir.

Təhsil -1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının mart ayı üçün nəzərdə tutulan tədbiri məhz Novruz bayramı ərəfəsində olduğu üçün milli-mənəvi dəyərlərə həsr olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo