Mayın 11-də Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi fil.f.d., Aynurə Hüseynovanın təşəbbüsü ilə “Heydər Əliyev yeni media işığında” mövzusunda nümunəvi dərs keçirilib.
Jurnalistika ixtisasında təhsil alan B20-344 a,b qrup tələbələrinin iştirakı ilə keçirilən nümunəvi dərsdə qonaq qismində “Xalq qəzeti”nin əməkdaşı, fil.f.d. Namiq Əhmədov dəvət edilib.
Dərsin əvvəlində fənn müəllimi fil.f.d. Aynurə Hüseynova “Heydər Əliyev jurnalistikanın inkişafında rolu” mövzusunda məruzə edib. O, Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı rolu və jurnalistlərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Fil.f.d. Namiq Əhmədov “Heydər Əliyevin siyasi fəaliyyətini Naxçıvan dövrü və mətbuat” mövzusunda məruzə edib və Ulu öndərlə bağlı xatirələrini tələbələrlə bölüşüb.
Nümunəvi dərsdə Ulu öndər Heydər Əliyevin jurnalistlərlə görüşünə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonda fil.f.d. Namiq Əhmədov dərslə bağlı xoş təəssüratlarını bölüşüb.