ADU-da “Heydər Əliyevin mətbuatımızda rolu
Azərbaycan Dillər Universitetində (ADU)  Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Səadət Novruzovanın təşəbbüsü ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin mətbuatımızda rolu" mövzusunda nümunəvi dərs keçirilib.

Jurnalistika ixtisasında təhsil alan B22-146 a,b qrup tələbələrinin iştirakı ilə “Azərbaycan jurnalistikası tarixi-1” fənni çərçivəsində keçirilən nümunəvi dərsdə Ulu Öndərin keçdiyi həyat yolu, Azərbaycan xalqına olan misilsiz xidmətləri və mətbuatımıza verdiyi töhfələr barədə danışılıb, müxtəlif çıxışlar təqdim olunub.

Dərsin sonunda Ulu Öndərin mətbuatımıza verdiyi faydalar və jurnalistlərə olan münasibətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo