ADU-da “İmtahan stressi və onun aradan qaldırılması yolları” adlı seminar keçirilib
  Azərbaycan Dillər Universitetində (ADU)  Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrası və ADU psixoloji xidmət mərkəzinin təşkilatçılığı ilə ASA klinikasının rəhbəri, uzman klinik psixoloq Sevinc İsmayılova tərəfindən tələbələr üçün  “İmtahan stressi və onun aradan qaldırılması yolları” adlı seminar keçirilib.

Seminar zamanı imtahan stressinə səbəb olan faktorlar, orqanizmin stressə verdiyi reaksiyalar haqqında  ətraflı məlumat verilib. Həmçinin imtahan zamanı stressin aradan qaldırılması üçün müxtəlif psixoloji texnikalardan istifadə yolları göstərilib.

 Sonda isə imtahan stressi ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo