ADU-da Kəşmir Həmrəyliyi Günü qeyd olunub
Fevralın 5-də Azərbaycan Dillər Universitetində Pakistanın ölkəmizdəki Səfirliyi ilə birgə “Kəşmir Həmrəyliyi Günü” adlı tədbir keçirilib. 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycan və Pakistan bütün müstəvilərdə bir-birinə öz dəstəyini ifadə edir, bundan sonra da bu dəstəyi davam etdirəcək:

“Dost və qardaş Pakistan xalqının rifahı, əmin-amanlığı, parlaq gələcəyi bizim üçün çox önəmlidir. Biz inanırıq ki, Pakistan öz haqq işində uğur qazanacaq. Azərbaycan da dünyada öz sözünü və imzasını bəyan edən ölkə kimi daima dost və qardaş Pakistanın yanındadır”.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.

Səfir tarixi və hüquqi aspektlərə dair dərin məzmunlu təqdimatla çıxış edərək, əzablara və insan hüquqlarının pozulmasına məruz qalmış Kəşmirlilərin vəziyyətinə beynəlxalq diqqətin vacibliyini vurğulayıb.

Səfir  İƏT və digər beynəlxalq forumlarda məsələ ilə bağlı fəal dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Diplomat Pakistanın Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna sarsılmaz dəstəyini təkrarlayaraq, beynəlxalq ictimaiyyəti Kəşmir xalqının arzularına və BMT qətnamələrinə uyğun olaraq Kəşmir mübahisəsinin həllində fəal rol oynamağa çağırıb.

İKGF-nin Avrasiya Regional Mərkəzinin rəhbəri Vüsal Qurbanov Azərbaycanın İƏT-in Cammu və Kəşmir Əlaqə Qrupunda fəal rolundan danışıb.

Professor Atamoğlan Məmmədli Kəşmir münaqişəsinin-mübahisəsinin tarixi, siyasi və humanitar ölçülərinə işıq salan son məqaləsini vurğulayaraq dinləyicilər qarşısında çıxış edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo