Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsi Koreya Araşdırmalar mərkəzində “Koreyasayağı qəhqəhə” adlı tamaşa göstərilib.
Tamaşa Cənubi Koreyanın bir vaxtlar ən məşhur "GAG concert" (“개그콘서트”) adlı komediya televiziya şou proqramı əsasında tərcümə edilərək səhnələşdirilib.
Bildirilib ki, "GAG concert" 1999-cu il 4 sentyabrdan 2020-ci il 26 iyuna qədər Koreyanın KBS2 televiziya kanalında yayımlanmış və Koreyanın ən uzun sürən komediya şousu olub.
Həftəsonları yayımlanan bu TV proqramında cəmiyyətdəki bir sıra problemlər satira vasitəsilə tənqid edilib.
“Koreyasayağı qəhqəhə” adlı tamaşa da tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan tələbələri tərəfindən tərcümə edilmiş və səhnələşdirilib.
Bildirək ki, tamaşanın üç əsas məğzi var. Birincisi gərgin iş həyatının stressini atmaq, ikincisi Koreyanın məşhur “yumoristik şou”sunu tanıtmaq və nəhayət sonuncusu isə yumor tərcümələrinin nə qədər uğurlu olub-olmamasını yoxlamaqdan ibarətdir.
Tamaşa ümumilikdə 10 səhnədən ibarət idi:
1. “Müştəri məmnuniyyəti” – tərcümə etdi: H.Ləman
2. “Hacıbala” – tərcümə etdi: B. Səidə
3. “Kimə görə, Nəyə görə” – tərcümə etdi: Ə.Ayişə
4. “Gizli eşq” – tərcümə etdi: M.Lali
5. “Let it be” – tərcümə etdi: Ə.Vüqarə
6. “İşdə tək kişi” – tərcümə etdi: Ə.Aydan
7. “Dələduz” – tərcümə etdi: B.Firəngiz
8. “Gözəl və çirkin sevgilim – tərcümə etdi: Ş.Ülkər
9. “İnadkar” – tərcümə etdi: Ə.Əli
10. “Zalım dünya” – tərcümə etdi: C.Nərmin
Tədbirin ideya rəhbərləri Tərcümə fakültəsi Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimi Bahar Əliyeva, Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi Ülviyyə Mirzəyeva və Koreya dili ixtisasının 3-cü kurs tələbəsi Lali Mamedova olub.