ADU-da “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!” adlı tədbir keçirilib
Azərbaycan Dillər Universitetində (ADU)  Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təhsil- 2 Fakültəsi nəzdində Linqvokulturologiya  kafedrasının təşkilatçılığı ilə Təhsil I və II fakültələrinin 1-ci və 3-cü kurs tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM !” adlı tədbir keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.

Linqvokulturologiya kafedrasının baş müəllimi Səidə Orucova Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq aləmdəki rolundan, eləcə də, demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin inkişafında misilsiz xidmətlərindən danışıb.

S. Orucova keçiriləcək viktorinanın şərtlərini və mərhələlərini izah edib. Üç mərhələdən ibarət olan viktorinada iştirak etmək üçün əvvəlcə Təhsil 1 və Təhsil 2 fakültələrinin 1-ci və 3-cü kurs tələbələrindən ibarət “Zəfər”, “Uğur”, “Lider”, “Odlar Yurdu” və “Xəmsə” komandaları təşkil edilib.

Komanda iştirakçıları müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar.  Heydər Əliyevin Azərbaycan və Böyük Britaniya, həmçinin, ABŞ arasında mədəni, xarici, siyasi və iqtisadi əlaqələrində rolu, Böyük Britaniya və Amerikanın tarixi və mədəniyyətinə aid sualları cavablandırmağa çalışıblar. Bundan başqa, viktorinada müxtəlif intellektual və maraqlı suallar da təqdim edilib. Viktorinanın şərtlərinə uyğun olaraq, II mərhələyə 3 komanda- “Odlar Yurdu”, “Uğur” və “Xəmsə” komandaları keçib. 

Sona qalan və suallara düzgün cavab verən 2 komanda – “Odlar Yurdu” və “Xəmsə” arasında keçirilən Final mərhələsində qalib müəyyən olunub. Viktorina iştirakçılarının cavablarının düzgünlüyü və tamlığı münsiflər heyəti tərəfindən qiymətləndirilərək  “Xəmsə” komandası qalib elan edilib.

Münsiflərin verdiyi qərara görə, viktorinanın qalibi olan “Xəmsə” komandası diplom və pul mükafatı ilə, digər iştirakçılar isə sertifikatlarla təltif olunacaq.

Tədbirdə ADU-nun rektor köməkçisi Anar Osmanlı, ADU-nun fakültə dekanları professor Fikrət Cahangirov və dosent Salman Nuriyev, fakültə nəzdində olan kafedra müdirləri professor Arif Hüseynov, dosent Nigar Zeynalova, dosent Şəlalə Babayeva və Linqvokulturologiya kafedrasının müəllimləri iştirak ediblər.

Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qaziyeva tədbirin təşkilatçısı, baş müəllim Səidə Orucovaya və dosent Aynur Məmmədzadəyə, gələn qonaqlara və iştirak edən tələbələrə təşəkkür edib,  qalibləri təbrik edib.

Sonda ulu öndər Heydər Əliyevin unudulmaz sözlərinə həsr edilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”  mahnısı səsləndirilib.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo