Mayın 26-da Azərbaycan Dillər Universitetində BMR fakültəsi nəznində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib.
Dövlət Himni səsləndirilib.
BMR fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştiakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır.
Cümhuriyyətlə bağlı videoçarx izlənilib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “AXC-nin daxili siyasətində multicultural ənənələr” mövzusunda çıxış edib. Qeyd olunub ki, AXC 23 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdu. Siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik Respublikalarından heç də geri qalmırdı.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda çıxış edib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev Cümhuriyyət qurucalarının fəaliyyətini daima yüksək qiymətləndirib. Müasir Azərbaycanın Cümhuriyyətin varisi olduğunu bildirib.
Tədbir tələbələrin sualları ilə davam edib.