Azərbaycan Dillər Universitetində (ADU) Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan III kurs tələbələri tərəfindən ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinin iştirakı ilə "Olmaq yoxsa var olmaq?" adlı maarifləndirici tədbir keçirilib.
Pedaqogika kafedrası tərəfindən təşkil olunmuş layihə üzrə tələbələr müxtəlif aktual mövzularda çıxış edib, müzakirələr aparıblar.
Qeyd edək ki, Pedaqogika kafedrasının təşkilatçılığı ilə tələbə və magistrantlar davamlı olaraq maarifləndirmə xarakterli tədbirlər həyata keçirirlər.