Rus dilinin yüksək səviyyədə tədrisi, qorunması və statusunun yüksəlməsi istiqamətində 4-7 aprel 2023-cü il tarixlərində təhsil-maarifləndirmə lahiyəsi çərçivəsində “Rus dili mədəniyyət kodu və millətlərarası ünsiyyət dili kimi” adlı bir sıra maarifləndirici tədbirlər keçirilib. Beynəlxalq Muğam Mərkəzində “Великая невстреча, Толстой и Достоевский “ adlı rus romanslarının poeziyası və sərgisinin açılışı, həmçinin beynəlxalq müsabiqə laureatlarının ifasında konsert baş tutub. Aprelin 6-da ADU-da filologiya elmləri doktoru, prof. İ.A.Leşutinanın təqdimatında ADU-nun 35 müəllim və tələbə heyəti üçün rus dilinin xarici dil kimi tədrisi metodikası üzrə master-klass təqdim olunub.
Aprelin 7-də Bakıdakı Rus Evində “Rusiya Federasiyası və Azərbaycan universitetləri arasında universitetlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ADU-nun rektorunun multikulturalizm üzrə müşaviri prof. Qaley Allahverdiyev, Rusiyaşünaslıq mərkəzinin rəhbəri Diana Hüseynzadə və Rusiyaşünaslıq Mərkəzinin elmi işçisi Sergey Klimov iştirak edib.
“Rus dili mədəniyyət kodu və millətlərarası ünsiyyət dili kimi” maarifləndirici layihənin təşkilatçısı Kino Festivalları və Beynəlxalq Proqramlar Mərkəzi, Moskvadakı Lev Tolstoy adına Dövlət Muzeyi, Rus Evinin iştirakı ilə “KinoFocus” şirkəti, Bakıda isə Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzi və Beynəlxalq Muğam Mərkəzidir. Layihə Prezident yanında Mədəniyyət Təşəbbüsləri Fondunun dəstəyi ilə həyata keçirilib.