ADU-da “Şəxsiyyət pozuntuları. Stressin idarə olunması. Fobiyalar” adlı təlim keçirilib
Azərbaycan Dillər Universitetində (ADU)  Psixologiya kafedrası ADU psixoloji xidmət mərkəzinin birgə təşkilatçılığı ilə  “Psixi sağlamlıq mərkəzi”nin həkim psixiatrı Aydan Cabbarovanın iştirakı ilə “Şəxsiyyət pozuntuları. Stressin idarə olunması. Fobiyalar” adlı təlim keçirilib.

 Təlimdə müxtəlif şəxsiyyət tiplərinin xarakter xüsusiyyətləri, onların sosial-tarixi məzmunla şərtlənməsi haqqında məlumat verilib. Həmçinin  imtahan situasiyasında müxtəlif şəxsiyyət tiplərinin davranış modelləri  konkret nümunələrlə açıqlanıb.

Sonda tələbələrin sualları həkim psixiatr tərəfindən cavablandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo