Mayın 18-də Azərbaycan Dillər Universitetinin Dil Xidmətləri və Təlim Tədris şöbəsinin universitet tələbələri ilə tanıtım xarakterli görüşü keçirilib.
Görüşdə Dil Xidmətləri və Təlim Tədris şöbəsinin rəhbəri N. Şirinli, xaricdə təhsil üzrə ekspert M. Nağıyev və Dil üzrə mütəxəssis R. Məmmədova çıxış edərək şöbənin fəaliyyəti haqqında ümumi məlumat verib və tələbələrin suallarını cavablandırıblar.