Azərbaycan Dillər Universitetində Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası və Təhsil-2 fakültəsi nəzdində Psixologiya kafedralarının birgə təşkilatçılığı ilə “The secret to finding serenity in these dark times” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri Aygül Eyyubova və Vüsalə Məmmədova, Psixologiya kafedrasının müəllimi Lalə Sadıqova və həmin kafedranın magistrantları Nərgiz Malayeva, Günel Paşayeva və Təhsil-2 fakültəsinin 219b, 220a və 226a qrupları iştirak edib.
Lalə Sadıqova tələbələrlə depressiyadan çıxış yolları, mümkün çətinliklər zamanı özünü idarəetmə, müxtəlif terapiya üsulları və digər mövzular haqqında danışıqlar aparıb və mövzu ilə bağlı tələbələrin suallarını cavablandırıb.