Mayın 10-da Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və jurnalistika ixtisasında təhsil alan I kurs tələbələrinin təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Qurbanlı və jurnalistika ixtisasında dərs deyən müəllimlər iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra tələbələr Heydər Əliyevlə bağlı hazırladıqları süjetləri, Heydər Əliyev Mərkəzində çəkdikləri videoçarxları, ekspertlərdən aldıqları müsahibələri təqdim ediblər.
Eyni zamanda tələbələrin Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı üç dildə təqdimatı olub.