ADU-da “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda alman dilində açıq dərs keçirilib
Aprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsi nəzdində fəaliyyət göstərən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti  Ulduz Aslanovanın təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin müəllim və təhsil haqqında müdrik kəlamları” mövzusunda  alman dilində  açıq dərs keçirilib.

 Dərsdə magistratura şöbəsinin müdiri, ped.f.d., dosent F. Rzayeva və şöbənin əməkdaşları, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dosent X. Əsgərova, həmin kafedranın müəllimləri, Alman dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları və alman dili ixtisası üzrə təhsil alan magistr tələbələri iştirak ediblər.

Dərsdə Heydər Əliyev haqqında tədris olunan materialın tələbələrdə vətənpərvərlik ruhunun aşılanması üçün müəllimin ustalıqla tətbiq etdiyi təlim metodları dinləyiciləri heyran edib. Heydər Əliyevin müəllim və təhsil haqqındakı fikirlərinin alman dilinə 

müdrik kəlamlar şəklində  tərcüməsi və onların müasir təlim metaodları əsasında tədris materialı kimi  tələbələrə öyrədilməsi Ulduz Aslanovanın böyük pedaqoji ustalığının və zəhmətinin nəticəsi kimi dəyərləndirilib.

Dərsin materialı slaydlar vasitəsi ilə əyani şəkildə və lövhədə üçrəngli Azərbaycan bayrağının simvolu kimi təqdim olunub.

 Kiçik qruplar şəklində çıxış edən tələbələr də üçrəngli bayrağımızı öz geyimləri ilə tərənnüm edərək  böyük ruh yüksəkliyi ilə alman dilində Ulu öndərin müdrik kəlamlarını səsləndiriblər.

Dərsin sonunda magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva çıxışında U. Aslanovanın kreativ bacarığını, pedaqoji ustalığını və zəhmətini yüksək qiymətləndirib, tələbələrə və iştirak edən müəllimlərə təşəkkürünü bildirib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo