ADU-da Ulu öndərin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU)  Təhsil-2 fakültəsi nəzdində Xarici dillər kafedrasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Təhsil-2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Xarici dillər kafedrasının müdiri dosent Aidə Sobor, kafedra müdirləri, tələbələr və Britaniya Kollecinin şagird və  müəllim heyəti iştirak ediblər.

 Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Salman Nuriyev universitetdə Ulu öndər Heydər Əliyevin 100 iliyi ilə əlaqədar keçirilən tədbirlərin mahiyyətindən bəhs edib, tədbirin təşkilatçıları Xarici dillər kafedrasının baş müəllimi Afət Həşimi və müəllimləri Nailə Vəkilova, Əsmər Veyisovaya və Aysel Məmmədliyə öz dərin minnətdarlığını bildirib.

 Kafedra müdiri, dosent Aida Sobor tədbiri Britaniya Kollecinin şagirdləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunmasının sevindirici hal olduğunu vurğulayıb.

Sonra universitetin 213b, 314 a və 317 –ci qrup tələbələri Heydər Əliyevin həyatı, uğurlu siyasi fəaliyyəti, təhsil, elm, incəsənət sahəsindəki islahatları barəsində Azərbaycan, rus, ingilis dillərində çıxış ediblər.

Britaniya Kollecinin şagirdləri Ulu öndər Heydər Əliyevin mədəni irsi, iqtisadiyyat sahəsindəki islahatları haqqında çıxış ediblər.

ADU-nun rektor məsləhətçisi Anar Osmanlı ölkə prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında sərəncamından söz açıb, bu sərəncama əsasən ölkəmizdə, o cümlədən universitetimizdə bir sıra silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib. Rektor məsləhətçisi, həmçinin belə tədbirlərin təşkili və keçirilməsini çox təqdirəlayiq olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo