Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanovanın “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin nəzəri əsasları” mövzusunda açıq dərsi keçirilib.
Dos. S. İmanova Heydər Əliyevin Azərbaycanın xarici siyasətinin konseptual əsaslarının, prioritet və istiqamətlərinin formalaşmasında rolu haqqında geniş məruzə edib.
Məruzəçi Heydər Əliyevin dövründə Azərbaycanın ABŞ, Qərbi Avropanın aparıcı ölkələri, Şimal-Şərqi Asiya, eləcə də qonşu Türkiyə, Rusiya, İran və Gürcüstanla ikitərəfli və çoxtərəfli formatda əlaqələr yaratdığını tələbələrin diqqətinə çatdırıb.
Dərs müddətində tələbələrin Heydər Əliyevin diplomatik fəaliyyəti haqqında sualları ətrafında fikir mübadiləsi aparılıb.