Azərbaycan Dillər Universitenin(ADU) müəllim heyəti və təcrübəçi tələbələrin, 35 №-li tam orta məktəbin müəllim və şagirdlərinin birgə təşkilatçılığı ilə “Müəllim hazırlığında universitet-məktəb əməkdaşlığının rolu” mövzusunda konfrans keçirilib.
Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən konfransda Azərbaycan Dillər Universitetinin professor, müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin üzvləri, digər məktəblərin ingilis dili müəllimləri, məktəbin müəllimləri, valideyn və şagirdləri iştirak ediblər.
“Sağlamlıq və stresin idarə edilməsi”, “Oxu və yazı bacarıqlarını öyrənmək üçün startegiyalar”, “İngilis dilini öyrətməyin yaradıcı yolları”, “Oyunlar təhsildə öyrənmə metodu kimi”, “ İngilis dilində nağıllar”, “Qruplarla iş üçün sinif fəaliyyəti” adlı mövzularla 6 hissədən ibarət olub.
Bölmələrə rəhbərlik məktəbin ingilis dili müəllimləri və Azərbaycan Dillər Universitetinin müəllimləri tərəfindən olub.
Məktəbin direktoru Rəna Naibova ingilis dili müəllimlərinin uğurları, keçdikləri təlim, seminar, qalib olduqları layihələr, universitet ilə məktəb arasında 20- ildən artıq olan əməkdaşlıq haqqında məlumat verib.
Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova məktəblə universitet əməkdaşlığının davamlı olacağını diqqətə çatdırıb, hər iki tədris ocağının müəllimlərinə uğurlar arzulayıb.
Konfrans pedaqoji təcrübədə olan tələbələrin maraqlı mövzular ətrafında təqdimatları və şagirdlərin çıxışları ilə davam edib.
Sonda konfransın moderatorlarına, fəal iştirak edən tələbə və şagirdlərə sertifikatlar təqdim olunub.