Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimovanın təşəbbüsü ilə Təhsil 2 fakültəsinin 223 a qrupunun tələbələri "Autizmli şəxslərlə bir gün" adlı irəli sürdüyü layihəni uğurla reallaşdırıblar.
Tələbələr "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini, Kaşalata kafeni ziyarət ediblər. Onlar mərkəzin, emalatxananın autizmli üzvləri ilə yaxından tanış olub, onlarla maraqlı gün keçiriblər.
Qeyd edək ki, layihənin məqsədi tələbələrin autizmli həmyaşıdları ilə ünsiyyətini tənzimləmək və autizmli şəxslərə düzgün münasibəti aşılamaqdır.