ADU-nun əməkdaşları mədəni-maarif tədbirində
20-21 may 2023-cü il tarixlərində "Rusiyaşünaslıq"  mərkəzinin əməkdaşları, Filologiya və Təhsil - 2 fakültələrinin rus dili  müəllimləri, eləcə də Azərbaycan Dillər Universitetinin tələbələri, “Total imla” vətəndaşların dil mədəniyyətinə dəstək fondunun təşkilatçılığı, “Амбассадоры русского языка” layihəsi çərçivəsində təşkil olunmuş mədəni-maarif tədbirlərində iştirak ediblər.

Tədbirlər funksional savadlılıq səviyyəsini, rus dili və ədəbiyyatına olan marağı artırmaq məqsədi daşıyan “Амбассадоры русского языка” maarifləndirici proqram Bakıdakı Rus Evində keçirilib.

Proqram çərçivəsində Prezident Şurasının rus dili üzrə üzvü, "Грамота.ру" portalının baş redaktoru Vladimir Pakhomovun "Какими будут новые правила русской орфографии?" mövzusunda məruzəsi dinlənilib, rus dili və ədəbiyyatı mövzusunda informativ sorğu keçirilib. Viktorinanın nəticələrinə görə komanda "YES!" - ADU-nun Rusiyaşünaslıq mərkəzi ikinci yeri tutub.

Həmçinin nasir, redaktor və “Перевал дятлова, или Тайна Девяти” romanlarının müəllifi Anna Matveyeva ilə yaradıcılıq görüşü keçirilib.

Tədbir iştirakçıların müzakirəsi ilə başa çatıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo