Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri- Aygül Eyyubova və Vüsalə Məmmədova Təhsil-2 fakültəsinin 219b və 220a qrup tələbələri ilə birgə Müasir İncəsənət Muzeyinə ekskursiya ediblər.
Onlar müxtəlif rəsm əsərləri, heykəltəraşlıq nümunələri ilə tanış olub, yaranma tarixləri və avanqard incəsənətin incəliklərinə yaxından şahid olublar.