ADU-nun müəllimi Akifə Sadıqova vəfat edib
Təhsil- 2 fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sadıqova Akifə Qəzənfər qızı ömrünün 68-ci ilində vəfat edib. Uzun illər kafedrada alman dili müəllimi kimi fəaliyyət göstərən Akifə Sadıqova pedaqoji fəaliyyəti dövründə bir çox elmi məqalələrin, dərs vəsaitlərinin müəllifi olmuş, respublika və xaricdə təşkil olunmuş elmi seminar və konfransların iştirakçısı olmuşdur. Daima təvazökarlığı, savadı və zəhmətsevərliyi ilə seçilən Akifə Sadıqova həm iş yoldaşlarının, həm də tələbələrinin hörmətini qazanmışdır. Allahdan Akifə Sadıqovaya rəhmət, yaxınlarına və doğmalarına səbr diləyirik.

Nur içində yatsın!

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo