ADU-nun müəllimi tərəfindən Polşada Heydər Əliyevin həyat və fəaliyyəti haqqında açıq dərslər keçirilib
15-19 may tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi Fidan Ələsgərovanın ERASMUS+  proqramı çərçivəsində Polşa Respublikasının Konin şəhərindəki ANS (Akademia Nauk Stosowanych w Koninie) universitetində Heydər Əliyevin həyat və fəaliyyəti haqqında açıq dərsləri baş tutub.

 Dərslər universitetin Praktiki İngilis dili fakültəsi (Practical english) və Media və biznes üzrə xarici dillər fakültəsinin (Foreign Languages in Media and businnes faculty) tələbələri üçün keçirilib.

Fidan Ələsgərova əvvəlcə  ANS universitetinin prorektoru  Karina Zurowska və Erasmus üzrə Beynəlxalq Əməkdaşlıq Kordinatoru Bozena  Miastkowska ilə görüşüb.

Görüş zamanı o, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ölkəmizdə keçirilən tədbirlər, Heydər Əliyevin yadda qalan fəaliyyəti haqqında məlumat verib.

O, həm Praktiki İngilis dili fakültəsi üzrə bakalavr I kurs tələbələrinə “Uğur” və  Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı “Sarı gəlin”  mövzusunda praktik dərs keçib, həm də magistr pilləsi I kurs tələbələri üçün Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar açıq dərs keçib.

Fidan Ələsgərova Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan xalqını xaos rejimindən xilas edib hər sahədə inkişaf etmələri naminə atdığı mütərəqqi addımları, həmçinin Çin və Türkiyə ilə müxtəlif sahələrdə, eyni zamanda media sahəsində əməkdaşlığı  auditoriya iştirakçılarının nəzərinə çatdırıb. Xarici tələbələr- Adam Siwek, Gabriela Janiak, Wiktor Szumigalski  və digərləri verilən suallara həvəslə cavablandıraraq dərsdə aktiv iştirak ediblər.

 Müəllim Fidan Ələsgərovanın dərslərində professor Marcin Trojsczak və Erasmus üzrə Beynəlxalq Əməkdaşlıq Kordinatoru Bozena  Miastkowska da iştirak edib, dərslə bağlı xoş təəssüratlarını bölüşüblər. Onlar növbəti il  Erasmus + proqramı çərçivəsində öz tələbələrinin Azərbaycan Dillər Universitetində keçirilən dərslərdə iştirak etmək üçün həvəsli olduqlarını vurğulayıblar.





Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo