ADU-nun müəllimi tərəfindən Yassı Universitetində Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar açıq dərs keçirilib
Azərbaycan Dillər universitetinin (ADU)  Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının baş müəllimi Hökümə Abbasova ERASMUS+ mübadilə proqramı  çərçivəsində 07-13 may tarixlərində Rumuniyanın Yassı şəhərindəki Aleksandr İohan Kuzi adına Yassı Universitetində müəllim mübadilə proqramında iştirak edib.

Öncə  Aleksandr İohan Kuzi adına Yassı Universitetində həmin dövrdə ERASMUS+ proqramı çərçivəsində  fərqli ölkələrdən (Tunis, Əlcəzair, Çin və s.) gələn müəllimlərin görüşü keçirilib və onlar Rumıniyanın ilk unversiteti olan Yassı Unversitetinin muzeyi ilə tanış olublar.

Mübadilə proqramı çərçivəsində H. Abbasova Aleksandr İohan Kuzi adına Yassı Universitetinin Tarix fakültəsinin rəhbərliyi və müəllimləri ilə görüşüb, onların dərslərində iştirak edib və “Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycanda multikultiralizim” mövzularında mühazirə deyib.

H. Abbasova Yassı Universitetində yerləşən “Azərbaycan multikulturalizim” mərkəzində olub, mərkəzin rəhbəri Lüdmila Bejenaru ilə tələbələrə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar açıq dərs keçib.

Açıq dərsdə Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanın inkişafı naminə atdığı addımlardan, onun formalaşdırdığı balanslı xarici siyasət və Multikulturalizm siyasəti haqqında tələbələrə ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.

Sonda H. Abbasova Azərbaycan Dillər Universitetinin adından gətirdiyi hədiyyələri tələbələrlə birlikdə mərkəzə yerləşdirib və məkəzin xatirə kitabına ürək sözlərini qeyd edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo