Mayın 6-da Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikasi kafedrasının müəllimləri- Röya Əliyeva, Nurlana Bayramova, Leyla Süleymanlı , Kəmalə Məlikli , Səbinə Vəliyeva , Aytac Hüseynova, Aynur Məmmədova, Püstəxanım Yusifova, Tahirə Axundova Avropa-Azərbaycan məktəbində keçirilmiş Portuqaliya, İsrail və Norveçdən gəlmiş beynəlxalq təlimçilərin də yer aldığı “Dünyada İnnovativ Öyrətmə və Öyrənmə” adlı beynəlxalq forumda iştirak ediblər.
Forumda Azərbaycanda inkluziv təhsilin xüsusi əhəmiyyətindən, ölkədə müxtəlif dil və dini mənsubiyyətə malik əhalinin yaşadığı üçün müəllimlərin müxtəlif qruplar arasındakı boşluqları aradan qaldırarkən və dərslər verərkən tələbələr arasında anlaşma və tolerantlığın təşviqinin vacibliyindən söhbət açılıb.
Qeyd edək ki, forumun məruzəçiləri öz məruzələrində qiymətləndirmə təcrübəsinin inkişaf etdirilməsi yollarını, “21-ci əsr bacarıqları” nı nəzərdən keçiriblər.
Sonda iştirakçılar beynəlxalq sertifikatla təltif olunublar.