Azərbaycan Dillər Universitetinin (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müəllimi Ulduz Aslanova və Tərcümə fakültəsi nəzdində German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimi Mətanət İsgəndərova 8-10 may tarixlərində İstanbulda keçirilən Marmara Universiteti və Türk –Alman Universitetinin birgə təşkil etdikləri XVI Beynəlxalq Türk Alman Araşdırmaları Konqresində iştirak ediblər.
Beynəlxalq konfransda ADU-nun müəllimləri dilçiliklə bağlı tezislə çıxış ediblər.
Qeyd edək ki, həmin konfransda dünyanın 10 müxtəlif ölkəsindən 100-dən çox iştirakçı olub.