Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin fonetikası kafedrasının müdiri prof. Fərman Zeynalov dünya elminə və təhsilinə xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafat Şurası (UNCOPA) tərəfindən “XXl əsrin Dühası” beynəlxalq diplomu ilə təltif edilib.
Prof. Fərman Zeynalov həmçinin elmdə və təhsildə uğurlarına görə Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasi tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.