Azərbaycan Dillər Universitetinin Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində təcrübədə olan Təhsil-2 fakültəsi 4-cü kurs tələbələri tərəfindən məktəbdə metodist Püstəxanım Yusifovanın təşəbbüsü ilə “How to survive an earthquake?” adlı tədbir keçirilib.
İlk olaraq Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Sonra 424b qrup tələbəsi Fatimə Vahabova tədbir haqqında məlumat verib.
Tələbələr- Ləman Məhərrəmova, Fatimə Hümbətli və Leyla Qurbanova ingilis və Azərbaycan dillərində mövzu ilə bağlı maarifləndirici çıxışlar ediblər.
Çıxışlar zamanı ölkə başçısı cənab İlham Əliyevin bütün ümumtəhsil məktəblərində bu mövzuda maarifləndirmə tədbirlərinin təşkili barədə sərancamının önəmi də vurğulanıb.
Sonda məktəbin direktoru Turanə Məcidli çıxış edib, tədbir iştirakçılarına, Azərbaycan Dillər Universitetinə və 424b qrup tələbələrinə təşəkkürünü çatdırıb.