ADU-nun təcrübəçi tələbələri tərəfindən Çexiya - Azərbaycan dostluğuna və münasibətlərinə aid tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Təhsil -1 fakültəsi, metodist Nigar Hüseynovanın rəhbərliyi ilə tələbələr- Nailə Rəfiyeva (403a),  Aydan Əzizova (403a), Zivər Məmmədovanın (402b) təşkilatçılığı ilə həmin məktəbdə Çexiya - Azərbaycan dostluğuna və münasibətlərinə aid tədbir keçirilib.

Tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himni səsləndirilib.

Məktəbin 4, 6, 7-ci sinif şagirdləri Azərbaycanın və Çexiyanın mədəniyyəti, musiqisi, ədəbiyyatı, kulinariyası  və idman nailiyyətləri haqqında maarifləndirici məlumatlar verib və hazırladıqları divar qəzetlərini nümayiş ediblər.

İngilis dilində keçirilən tədbirdə videoçarxlar da nümayiş etdirilib.

Tədbir şəhid Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı ilə yekunlaşıb.

Pedaqoji təcrübə zamanı nümayiş etdikləri peşəkarlığa görə metodist Nigar Hüseynova, tələbələr Nailə Rəfiyeva,  Aydan Əzizova, Zivər Məmmədova məktəbin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo