ADU-nun təcrübəçi tələbələri tərəfindən tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədən olan  411 A qrup tələbələri tərəfindən tədbir keçirilib.

Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirdə 411 A qrupun təcrübəçi tələbələri Rövşən İsmayılov, Süsən Cəfərli və məktəbin 8 C sinif şagirdləri iştirak ediblər.

Tədbir zamanı  8 C sinif şagirdləri İngilis dili və Azərbaycan tarixi dərslərində əldə etdikləri bilikləri nümayiş etdiriblər.

 Onlar Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, Azərbaycana həsr olunmuş şeirləri ingilis dilində səsləndirib, Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı hazırlanan videorolikləri nümayiş ediblər.

Tədbirdə İkinci Qarabağ müharibəsindən bəhs edilib, işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalına aid videoçarx nümayiş etdirilib.

Həmçinin Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsi anılıb.

İngilis dilində təşkil olunan tədbirdə metodist Afət Namətova, müəllim Mehparə Əliyeva, psixoloq Tahirə İbrahimova, məktəb rəhbərliyi- direktor Aytən Baxşiyeva, direktor müavini Sevinc Əliyeva, tərbiyə işləri üzrə baş müəllim Safura İbrahimli, 8C sinif rəhbəri Sevinc Babayeva, həmçinin bəzi fənn müəllimləri, şagirdlərin valideynləri və digər üç sinif (7"B", 7"C" və 5"C") iştirak ediblər.

Tədbirin sonunda tələbələr pedaqoji təcrübə keçmək imkanına görə ADU-nun rektoru akademik  Kamal Abdullaya, pedaqoji təcrübənin dekanı Məmməd İsmayılova, pedaqoji təcrübə zamanı yaradılan şəraitə görə isə məktəbin direktoru Aytən Baxşiyevaya minnətdarlığını bildiriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo