Azərbaycan Dillər Universitenin(ADU) müəllim heyəti və 18 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələrin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Dahi şəxsiyyət, sadə insan” adlı tədbir keçirilib.
Tədbir universitetin Pedaqogika kafedrasının dosenti Oktay Abbasovun, Jurnalistika və Filologiya kafedrasının nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Yaqut Əliyeva, Alman dilinin fonetikası və qrammatikası kafedrasının baş müəllimi Solmaz Əlizadə və Təhsil 1 və Təhsil 2 fakültələrinin 418A ,418B,423B ,413A qrup tələbələri tərəfindən ərsəyə gəlib.
“Ümummilli lider Heydər Əliyev İli” elan olunması ilə əlaqədar keçirilən tədbirdə tələbələr tərəfindən Ümummilli liderin Azərbaycan xalqının həyatında oynadığı mühüm rolundan bəhs edən videoçarxlar və təqdimat nümayiş olunub.
Tədbir pedaqoq və metodistlərin çıxışları ilə yekunlaşıb.